• cümə axşamı, 25 aprel, 20:44
  • Baku Bakı 21°C

AŞ-nin Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib

20.05.14 17:26 1153
AŞ-nin Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
Bakıda Avropa Şurasının (AŞ) 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimat mərasimi keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, AŞ-nın Baş katibi Turbyorn Yaqland, Fəaliyyət Planı üzrə tərəfdaş olan dövlət qurumlarının məsul şəxsləri, ombudsman və digərləri iştirak edib.
Tədbirin açılışında ədliyyə naziri F. Məmmədov və baş katib T. Yaqland giriş nitqi söyləyiblər. Sonra Fəaliyyət Planının ayrı-ayrı istiqamətləri üzrə prezentasiya edilib, geniş müzakirələr aparılıb. Təqdimat mərasimində insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Azərbaycanın AŞ PA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən çıxışlar edilərək planın əhəmiyyəti, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, insan hüquqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqətin göstərilməsi, vətəndaş cəmiyyətinin inkişafı qeyd olunub.
Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının Azərbaycan və ingilis dillərində mətnləri iştirakçılara təqdim edilib.
banner

Oxşar Xəbərlər