• cümə, 19 Aprel, 19:44
  • Baku Bakı 24°C

Arzu Səmədbəyli Müsavatda məclis sədri olmaqdan imtina etdi

04.12.14 16:17 1180
Arzu Səmədbəyli Müsavatda məclis sədri olmaqdan imtina etdi
Müsavat Partiyası Məslinin sabiq sədri Arzu Səmədbəyli yenidən Məclis sədri kimi namizədliyinin irəli sürməyəcək. Partiyadan APA-ya verilən məlumata görə, bu barədə A. Səmədbəyliyə Müsavat Partiyası rəhbərliyi tərəfindən təklif gəlsə də, o, bundan imtina edib.
Məsələni A. Səmədbəylinin özü ilə dəqiqləşdirməyə çalışsaq da, onunla əlaqə saxlamaq mümkün olmadı.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında deyib ki, Məclis sədri hər hansı təkliflə deyil, Məclis üzvləri tərəfindən seçilir. O qeyd edib ki, A. Səmədbəylinin Məclis sədrliyinə yenidən namizədliyini irəli sürməsi barədə təkliflə tanış deyil.
Qeyd edək ki, A. Səmədbəyli hazırda Məclisin üzvüdür. Lakin partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir.
banner

Oxşar Xəbərlər