• cümə axşamı, 25 aprel, 03:59
  • Baku Bakı 19°C

Arzu Rəhimova iki müavin təyin edilib

20.02.18 11:30 597
Arzu Rəhimova iki müavin təyin edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə prezidentİlham Əliyevsərəncam imzalayıb.

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.
banner

Oxşar Xəbərlər