• cümə, 29 Mart, 03:45
  • Baku Bakı 7°C

Arzu Rəhimov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

12.02.18 18:22 1870
Arzu Rəhimov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham ƏliyevArzu Yusif oğlu Rəhimovun II dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, A.Rəhimov Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.

Dövlət başısının digər sərəncamı iləMayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əliyev Azad Hüseyn oğlu – polkovnik

"Hərbi xidmətlərə görə” medalı ilə

Qarayev Natiq Sahib oğlu – polkovnik

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu – mayor

Ağayev Rahim Əlifağa oğlu – mayor

Cəfərov Elməddin Qulu oğlu – mayor.
banner

Oxşar Xəbərlər