• cümə axşamı, 25 aprel, 12:02
  • Baku Bakı 23°C

Arzu Rəhimov Salyanda vətəndaşları qəbul edib

16.06.16 15:57 1001
Arzu Rəhimov Salyanda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətinin rəisi general-leytenantArzu Rəhimov Salyan rayonu Heydər Əliyev Mərkəzində Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan, Saatlı və Salyan rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Qəbulda 45 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


banner

Oxşar Xəbərlər