• cümə axşamı, 28 mart, 15:31
  • Baku Bakı 16°C

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

16.03.18 16:48 802
Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sabirabad rayonunda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Qəbulda 20 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.


banner

Oxşar Xəbərlər