• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

Arzu Rəhimov Ağsuda vətəndaşları qəbul edib

15.09.16 17:29 1042
Arzu Rəhimov Ağsuda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenantArzu Rəhimov Ağsu rayon şöbəsinininzibati binasında Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Qəbulda 25-dək vətəndaş iştirak edib. SHXÇDX- dən "Kaspi”yə verilən məlumatda bildirilir ki, vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, təkrar tibbi müayinəyə cəlb olunma, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub: "Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib”.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


banner

Oxşar Xəbərlər