• cümə axşamı, 18 aprel, 04:29
  • Baku Bakı 15°C

Arzu Nağıyev: Putinlə görüş Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qaldı

11.09.18 11:37 539
Arzu Nağıyev: Putinlə görüş Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qaldı
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri demək olar ki, heç bir nəticə vermədi. Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert bildirib ki, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı:"Paşinyan-Putin görüşü gözlənildiyi kimi, Rusiya tərəfindən təlimatlar, Ermənistan tərəfindən hesabat xarakterli bir görüş kimi yadda qaldı. Görüş bir daha göstərdi ki, vassal dövlət necə olur və onun rəhbəri özünü necə aparmalıdır".
A.Nağıyev qeyd edib ki, N.Paşinyanın özünü belə aparması da başadüşüləndir:"Bəyanatında deyir ki, Rusiya ilə münasibətlər yüksək səviyyədədir, lakin nəticə tam bunun əksidir. Paşinyanın əsas sualları Azərbaycana silah satılmaması ilə bağlıdır, lakin bu barədə hər hansı açıqlama yoxdur. Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin dəyişdirilməsi və ya həbsi ilə bağlı açıqlama vermir, barəsində cinayət işi qaldırılan baş nazirin sabiq müavini Arutyunyan axtarışa verilib və Rusiyada gizlənir. Amma görüşdə bu barədə də danışılmadı, Paşinyanın sevimli mövzusu olan Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu məsələsindən də söhbət açılmadı. Yəni bu görüş sadəcə olaraq Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qala bilər".
Politoloq deyib ki, son vaxtlar Qərbin bir sıra maliyyə fondları vasitəsilə Ermənistanda qeyri-hökumət təşkilatlarının sayının artması, Dağlıq Qarabağ probleminin həllində durğunluq, Robert Koçaryana qarşı qaldırılan cinayət işi görüşün əsas mövzuları olmalı idi:"Eyni zamanda seçkiyə hazırlaşan Paşinyana yəqin ki xəbərdarlıq da edilib. Çünki Ermənistanda siyasi motivlərlə, korrupsiya adı altında həbs dalğası davam edir. Bu isə hərbi xuntanın əməllərinin ifşasıdır və təbii ki, hamıya xoş gələ bilməz. Bir sözlə, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı".
banner

Oxşar Xəbərlər