• cümə, 29 Mart, 13:57
  • Baku Bakı 14°C

Arximandrit Filaret: “Müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan yaxşı nümunədir”

15.03.17 13:55 672
Arximandrit Filaret: “Müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan yaxşı nümunədir”
"Ənənəvi dinlər ümumi çağırışlar və ekstremizmlə üzləşir”.
APA-nın məlumatına görə, bunu "İslam həmrəyliyi: zamanın çağırışı" adlı tədbirdə çıxışı zamanı Moskva patriarxının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini Arximandrit Filaretdeyib.
O bildirib ki, bu ciddi çağırışları yalnız birgə səylərlə aradan götürmək olar: "Yaxın Şərq və dünyanın digər bölgələrində silahlı şəxslər İslam şüarlarından istifadə edir, müsəlmanlar və digər dinlərin nümayəndələri arasında münaqişə yaratmağa çalışır. Din adına terrorizm yoxdur. Heç bir din insanları öldürməyi təbliğ etmir. Rus Pravoslav Kilsəsi müsəlmanlarla aktiv dialoq aparır. Dünyada müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan yaxşı nümunədir".
banner

Oxşar Xəbərlər