AZE | RUS | ENG |

Arxeoloqlar İsrail ərazisində qədim məscidin qalıqlarını tapıblar

Arxeoloqlar İsrail ərazisində qədim məscidin qalıqlarını tapıblar
İsraildəki Neqev səhrasında arxeoloji qazıntılar zamanı qədim kənd məscidinin qalıqları aşkar edilib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu tapıntının dünyada müsəlmanların ən erkən ibadət yerlərindən biri olduğu bildirilir.
 
İsrailin Qədim Abidələr İdarəsinin məlumatında deyilir ki, eramızın VII-VIII əsrlərinə aid olan məscidin qalıqları ölkənin cənubundakı Rahat yaşayış məntəqəsində, bədəvi ərəblərin yaşadıqları ərazi ilə qonşuluqda tapılıb. Arxeoloqlar bildirirlər ki, həmin tarixə aid olan məscidlər Məkkə və Qüdsə yerləşir, amma İsrailin Byer-Şeva şəhərinin şimalında bu cür ibadət yerlərinin aşkar olunması nadir hadisə sayılmalıdır. Qazıntılar zamanı açıq havada olan düzbucaqlı məscidin küncündə Məkkədəki məscidin üslubunda tikilmiş mehrabı da üzə çıxarıblar. Arxeoloqlar bildirirlər ki, bu tikili ərazidə maldarlıqla məşğul olanların ibadət yeri olub.
 
İsrailin Qədim Abidələr İdarəsinin arxeoloqu Qideon Avni bildirib ki, bu qədim məscid 636-cı ildə ərəblərin bu əraziləri fəth etməsindən sonra İslam dinini İsrailə gətirən tayfa tərəfindən tikilib. O əlavə edib ki, qazıntılar zamanı digər tikililər – Bizans ferması və İslamın ilk dövrünə aid yaşayış məskəni də üzə çıxarılıb. İsrailin hakimiyyət nümayəndələri burada müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşayacağı şəhər salınmasının da mümkün olduğunu qeyd ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946