AZE | RUS | ENG |

“Arxasına «pulsuz» yazılan kitabların satışı qanunsuzdur»

“Arxasına «pulsuz» yazılan kitabların satışı qanunsuzdur»
Misir Mərdanov: “Pulsuz dərsliklərin satılması ilə məşğul olanlar qanun qarşısında cavab verməlidir”

“Arxasına «pulsuz» yazılan kitabların satılması qanunsuzdur. Kim belə bir addım atarsa, qanun qarşısında cavab verməlidir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, heç kim dövlətin pulu ilə çap edilən kitabı pulla almamalıdır. Onun sözlərinə görə, 1-ci siniflər üzrə dərslik çatışmazlığı problemi həll edilib: “Arxasına “pulsuz” yazılan dərsliklərin satışı ilə bağlı monitorinq aparılacaq. Belə dərsliklər bazarlara müxtəlif yollarla çıxarıla bilər. Ola bilər ki, bəzi məktəblər şagirdlərin sayından çox say göstərib kitabları çox alır, artıq qalanlarını isə satır. Nəşriyyatlar da dərsliləri çap edib, arxasına “pulsuz” yazıb satışa çıxara bilər. Hər halda bu məsələ aydınlaşmalı, tədbir görülməlidir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917