• şənbə, 20 Aprel, 14:19
  • Baku Bakı 23°C

Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

12.04.21 18:15 994
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
2 sentyabr 2020-ci il tarixdə rayon sakini Məmmədova Təranə Həmid qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sabirabad rayon prokurorluğundan Kaspi.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin əri Məmmədov Eyvaz Xeyrulla oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyvaz Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
banner

Oxşar Xəbərlər