• cümə axşamı, 18 aprel, 04:17
  • Baku Bakı 15°C

Arvadı şərt qoydu, Özil cavab yazsa...

10.03.20 12:51 942
Arvadı şərt qoydu, Özil cavab yazsa...
"Arsenal”ın futbolçusu Məsut Özilin pərəstişkarı iyulda dünyaya gələcək övladına onun adını vermək istəyir.
Kaspi.az xəbər verir ki, amma fanatın həyat yoldaşı bunun üçün şərt irəli sürüb. Həyat yoldaşı bildirib ki, bununla bağlı yazdığın statusa Özil cavab versə, arzunu reallaşdıra bilərsən. Fanat tvitterdə belə yazıb:
"Həyat yoldaşım iyulda uşaq gözləyir. O dedi ki, əgər sən bu statusa cavab versən, onda uşağın adını Məsut qoya bilərik. Məni məyus etmə, Özil”.
Məsut ona belə cavab verib: "Razılaşdıq, dostum. Mən səni məyus etmərəm. İndi növbə sənindir. İyulda doğum şəhadətnaməsini görmək istəyirəm”.
banner

Oxşar Xəbərlər