AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Artıq qaydalara əməl edilir

Artıq qaydalara əməl edilir

Siyasət
06 İyul 2020, 20:20 405
İnsanların əksəriyyəti maska taxır, sosial məsafə gözləyir, kütləvi toplaşmamağa çalışır
 
Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün isytiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atılıb. Dövlət orqanlartının fəaliyyətinin əlaqələndiriməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb, onun fəaliyyəti təşkil olunub. Məhz Operativ Qərargahın işinin düzgün təşkili koronavirusla mübarizə strategiyasının effektiv şəkildə icrasını,  qarşıya qoyulan vəzifələrin çeviş şəkildə həllini təmin etməyə imkan verib. Koronavirusla mübarizə çərçivəsində ilk növbədə ölkənin xarici aləmlə əlaqələri məhdudlaşdırılıb, sərhədlər bağlanıb. Ardınca COVİD-19 virusuna yoluxmuş şəxslərin müəalicəsi ilə bağlı xəstəxanalar müəyyən edilib və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verilib. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul  tipli xəstəxananın quraşdırılmasına başlanıb, onlardan 5-i artıq istifadəyə verilib. Ən müasir standartlara cavab verən laboratoriyalar alınıb, qısa müddətdə onların sayı 26-ya çatdırılıb.
Bunlarla yanaşı, bütün tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirliməsi təmin edilib. Paralel olaraq, 20 mindən artıq vətəndaşımız ölkəyə qaytarılıb, onların müayinə və mülicəsi məqsədilə 4-5 ulduzlu otellərdə karantin təşkil edilib. Həkimlərin xəstəxanalara səfərbər olunması, onların təchizatı məsələləri həllini tapıb, əmək haqlarının 3-5 misli miqdarında əlavələr verilib. Ən nəhayət, ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya vasitələrinin istehsalı təşkil olunub və qısa müddətdə bu sahədə olan problem aradan qaldırılıb. Yəni, hökumət virusun yayılmasının qarşısının alınması, səhiyyənin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bir neçə istiqaməti əhatə edən düzgün strategiya nəticəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirilib, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirilib, olduqca əhəmiyyətli məsələlər həllini tapıb.
Onu da qeyd etmək yerinə düşər ki, karantin rejiminin təşkili ilə bağlı da olduqca mürəkkəb və böyük iş görülüb, cəmiyyətlə kommunikasiya, əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində ardıcıl və intensiv iş aparılıb. Məhz bu tədbirlərin nəticəsində dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmayıb. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi olaraq qeyd edilib. Bununla belə, ÜST-ün, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Hazırda dünya koronavirusdan ciddi əziyyət çəkir, bütün dövlətlər virusla mübarizə aparır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı bildirib ki, koronavirusla mübarizə məsələsində kifayət qədər böyük işlər görülür. O, bunu qiymətləndirməməyin ədalətsizlik olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət və müvafiq strukturlar, eyni zamanda bu işə məsuliyyətli olan insanlar tərəfindən görülən işlər öz bəhrəsini verir: "Artıq yoluxma gündəlik müəyyən sayda dayanıb, artım yoxdur. Digər tərəfdən, insanlar daha çox koronavirusun təhlükəsini hiss edirlər. Mən bunu ərzaq almaq üçün gedərkən şəhərdə müşahidə edirəm. İnsanların mütləq əksəriyyəti tibbi maskadan istifadə edir və sosial məsafəni qorumağa çalışırlar. Lakin hesab edirəm ki, mübarizə məsələsində tempi azaltmaq olmaz və təbliğat işinə güclü şəkildə fikir vermək lazımdır. Televiziya kanallarında, internet saytlarımızda bununla bağlı çox sayda materiallar, faktlar səsləndirilməlidir. Sadəcə olaraq bunun təhlükə yox, xəstəxanalarda, ailəliklə bu xəstəliyə yoluxmuş ailələrdə və ya hansısa bir yas məclisinə getməklə məclisin hamısının koronavirusa yoluxma faktları bizim informasiya məkanımızda çoxluq təşkil etməlidir. Eyni zamanda ara-sıra qaldırılan suallara operativ reaksiya vermək lazımdır. Məsələn mən Daxili İşlər Nazirliyini bu sahədə fəaliyyətini yüksək qiymətləndirirəm. Kimsə sosial şəbəkədə qanunazidd videogörüntü yerləşdirəndə və ya karantin əleyhinə çağırış səsləndirəndə dərhal həmin şəxslər məsuliyyətə cəlb edilirlər. Onların etiraflarını da cəmiyyətlə bölüşürlər”.
A.Mirzəzadənin fikrincə, TƏBİB tək koronavirusla deyil, cari dövrdə digər xəstəliklərlə mübarizəni də necə apardıqlarını göstərməlidir: "Belə təsəvvür yaranır ki, TƏBİB ancaq koronavirusla məşğuldur. Axı insanlar başqa xəstəliklərlə də mübarizə aparırlar. Onların müalicəsi necə gedir. İnsanların sağlamlığı ilə əlaqədar əsas vəzifə necə yerinə yetirilir? Bunların da cəmiyyətlə paylaşılması çox vacib məsələdir. İstərdim ki, tanınmış insanların çağırışları tez-tez telekanallarda, saytlarda verilsin. Bu təkliflər aparılan əsas işə əlavələrdir. Əsas iş aparılır və bu işi qiymətləndirmək lazımdır".
 
Alpər TURAN