• çərşənbə, 24 Aprel, 12:37
  • Baku Bakı 27°C

“Artıq ölmək mənim üçün daha çətindir” – Müsahibə

11.10.14 12:30 1820
“Artıq ölmək mənim üçün daha çətindir” – Müsahibə
Ötən gün Türkiyə mətbuatında məşhur aktrisa Tuba Büyüküstün çəkildiyi serialların reytinq qazanmasından danışıb. Aktrisanı tamaşaçılar “Çemberimde gül oya” filmi ilə tanımağa başladı. Daha sonra isə “Ihlamurlar altında”, “Asi”, “Gönülçelen”, “Yüreyinə sor”, “20 dakika” filmləri ilə sevilən aktrisa reytinqlərdə birinci olduğunu deyir. Hazırda isə aktrisa tamaşaçıların maraqla izlədiyi “Kara para Aşk” serialında baş qəhrəmanı canlandırır.
Türkiyənin məşhur aktyorlarından olan Onur Saylakla evləndikdən sonra isə Tuba Büyükstün demək olar ki, mətbuatın gündəmindən düşməyib. Aktrisa müsahibəsində dünyaya gələn əkiz övladlarının onların həyatını tamamilə dəyişdiyini də bildirib.
Haqqımda deyilənlərin hamısı doğrudur

- Maraqlıdır, Tubanın hekayəsi haradan başlayır?

- İstanbuldan. Anam bankda çalışır. Atam elektronika mühəndisidir. Mən də işləyən valideynlərin övladıyam. Gördüklərim isə yalnız ev, məktəb olub. Birinci sinifdən qapımızı özüm açıb, evdə oturub anamı gözləyirdim. O yaşımda aş, makaron kimi yeməkləri bişirməyi öyrəndim. Ən çox sevdiyim şey isə rəsm çəkmək idi. Sonradan bu vərdişimi tərgitdim. Riyaziyyyatı oxudum. Biologiyanı çox sevirdim. Gen mühəndisi olmaq istədim. Sonra bir dostum Gözəl sənətlər fakültəsinə qəbul oldu. Onun təsiri nəticəsində mən də Memar Sinan Universitetində Gözəl sənətlər fakültəsinə daxil oldum.
- Hər kəs sizin gözəl olduğunuzu deyir. Gözəl sözlərdən sonra isə bir “amma” gəlir...

- İnsanın özünü tanıması asan məsələ deyil. Mən insanlarla çox məsafəliyəm, soyuğam. Bunu qəbul edirəm. Haqqımda deyilənlərin hamısı doğrudur. Xasiyyətim belədir ki, ilk olaraq qarşımdakı insanın doğru insan olduğuna inanmalıyam. Ondan sonra həmin insanla səmimi oluram.
“Hər şey birdən-birə oldu”

- Həyat yoldaşınız Onur Saylakla ilk görüşdəmi aşiq oldunuz?

- Xeyr. Biz Onurla “Asi” serialının çəkilişlərində tanış olduq. Daha sonra “Gönülçelen” serialında birlikdə rol aldıq. Həmin searilda biz iki dost idik. Orhan Velinin şeirindəki kimi, “hər şey birdən-birə oldu”. Mən çəkiliş olan məkana gəldim. Sanki mənə nəsə oldu. Biz Onurla bir-birimizə baxıb gözümüzü qaçırtdıq. O zaman bunu mənasız bir şey kimi anladım. Onun yanında olanda özümü çox güvənli hiss edirdim. Daha sonra hiss etdim ki, aşiq olmuşam.
- Evləndikdən sonra Onura olan hissləriniz dəyişdimi?

- Evləndikdən sonra deyil, amma övlad sahibi olandan sonra eşq tamamilə dəyişir. Övlad sahibi olduqdan sonra bəzi mövzularda Onurla eyni fikirdə olmasam da, qarşı tərəfin də fikrini öyrənmək məcburiyyətində qalıram. Zaman keçdikcə sevginin özü də hissələrə bölünür.
- Evlənməmişdən öncə gecə həyatına qatılmırdınız. İndi necə?

- Mən əvvəl də belə idim. Gecə həyatını heç zaman sevməmişəm. Sakit məkanları daha çox sevirəm. Gecə klublarında özümü güvəndə hiss etmirəm. Buna görə də daha çox ev və evin bir kilometr ətrafında vaxtımı keçirirəm. Mənim üçün bu hər şeydən önəmlidir.
- Məşhurluq qəribə hissdir. Onun narahatlıq gətirən tərəflərini necə yola verə bilirsiniz?

- Mənim üçün heç də çətin olmadı. Artıq özümlə bağlı maqazin verilişlərində, saytlarında yayılan xəbərlərə baxmıram. Bu qədər sadə.
- Hər şeydən bezib qaçmaq istədiyiniz vaxtlar olubmu?

- Həm də çox. Bu, məşhurluqla bağlı olan bir hiss deyil. Xasiyyətim belədir. Sanki hər zaman harasa gedirəm. Bir sıxıntım olan kimi Parisə getmək istəyirəm. Parisi çox sevirəm, ona aşiqəm. Ora mənə yaşadığımı, var olduğumu hiss etdirir.
- Tuba xanım, əkiz övladlarınızın həyata gəlişi ilə nələr dəyişdi?

- Onların gəlişi ilə həyatımda hər şey dəyişdi. Artıq ölmək mənim üçün daha çətindir. İnsan tək olarkən ölmək daha asandır. Əvvəlki kimi hər şeyi problem etmə özəlliyinə sahib deyiləm. Ana olduqdan sonra problemlər insana o qədər də önəmli gəlmir. İstəyirəm ki, övladlarım öz ayaqları üzərində durana qədər onların yanında olum. Nəyi necə edəcəklərini bilmədiklərindən və mənə ehtiyacları olanda yanlarında olmaq istəyirəm. Mən övladlarımla çox gəzirəm. Tək istəyim onların yaxşı insan olmalarıdır.
- Əkizlərinizdən Toprak, yoxsa Maya sizə daha çox bənzəyir?

- Hər kəs bu barədə müxtəlif fikirlər səsləndirir. Amma əkizlərin ikisi də bir-birinə heç bənzəmirlər. Maya qıyıqgözdür. Toprak isə norveçlilərə bənzəyir. Övladlarım dünyaya gəldikdən sonra daha da kövrəkləşdim. Hər övladın sağlıq, yaşama, sevgi və var olma haqqı var. Onurla məktəbləri, bağçaları ziyarət edirik. Ən son Kilisdə bir məktəbi ziyarət etdik. Suriyada savaşdan çıxan, ölkələrindən ayrılmaq məcburiyyətində olan uşaqlarla bağlı layihələrimiz var. Dünyanın müxtəlif bölgələrində yaşayan, insanlıq dramında ən çox zərər görən nə yazıq ki, uşaqlardır. Mən də mənim kimi səsini eşitdirməyi bacaran bir çox şanslı insanları bu quruluşda iştirak etməyə çağırıram.
- Həyat yoldaşınız Onurla iki ilə yaxın işləmədiniz. Həmin ərəfələrdə necə dolandınız?

- Mən hamilə olduqda və ondan sonrakı 8 ay Onur işlədi. Onurun işləri bitdikdən sonra mən işləməyə başladım. O şəkildə madiyyat məsələmizi həll etdik. İndi hər şey yolundadır.
“Bir-birimizə çox hörmət edirik”

- Son çəkildiyiniz “Kara para Aşk” serialında canlandırdığınız Elif xarakteri ailəsi üçün qara pul qazanmaq nöqtəsinə qədər gəlir. Bir insan ailəsi üçün bu qədər fədakarlıq edə bilərmi?

- Təbii ki, edə bilər. Bunu edə bilən insanlar da var. Elif də ailəsi üçün fədakarlıq edib. Eliflə Ömər eyni məqsədlə yola çıxırlar. Onlar bir-birilərinə deyil, gedəcəkləri istiqamətə baxırlar. O yol ilə gedərkən də bir-birilərinə arxalanırlar. Biri məğlub olanda, digəri onu ayağa qaldırır. Əgər həyat dedikləri bir uzun yoldursa, Elif və Ömər də yaxşı yol-yoldaşıdırlar.
- Ömər və Elif ekranların ən uyğun cütlüyü olaraq göstərilir. Pərdə arxasında bu belədirmi?

- Serial daha çox qəhrəmanların xarakterlərinin münasibəti üzərində inkişaf edir. Buna görə də Enginlə səhnələrimiz olduqca artıqdır. Belə bir layihədə münasibətlər çox önəmlidir. Düşünürəm ki, mən bu mövzuda çox şanslıyam. Bizim Enginlə işləmə taktikalarımız çox fərqlidir, ancaq bir-birimizə çox hörmət edirik. Çəkiliş zamanı edə biləcəyimiz hərəkətləri öncədən sezə bilirik. Bizim Enginlə tanış olmağımız da təsadüf oldu. Belə ki, çəkilişlər başlamazdan 10 gün əvvəl yolda Enginlə tanış oldum. Serialda da xarakterlər elə yolda tanış olurlar. Onların dostluğu da buradan başlayır.
- Hər bir serial çəkən şirkətin öz qadağaları olur. Bəs siz necə, serialda qoyulan qadağalara qarşı gəlirsinizmi?

- Qadağalar sadəcə serial çəkən şirkətlərdə deyil, hər yerdə qoyulur. 1982-ci ildə doğulmuşam. Mən dünyaya gələndə nə internet, nə də mobil telefon kimi texnologiya var idi. Aradan 32 il keçdi və bu gün texnologiya yüksək səviyyədə inkişaf edib. Hazırda qadağalar çox da işə yaramır. Biz neçənci əsrdə yaşayırıq ki, sərbəst insana qadağalar da qoyula. Artıq heç kimdən heç nəyi gizlədə bilmirsən. İki qız övladı böyüdürəm və görürəm ki, nə qədər qadağa etsəm də, qadağan olunmuş şeyə o qədər çox maraq göstərirlər.
Hazırladı: Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər