• cümə axşamı, 02 may, 02:08
  • Baku Bakı 15°C

Artıq harada olmağınızdan asılı olmayaraq ev telefonlarınıza cavab verə biləcəksiniz

08.12.17 10:20 1364
Artıq harada olmağınızdan asılı olmayaraq ev telefonlarınıza cavab verə biləcəksiniz
"Aztelekom" MMC dövlət rabitə operatoru 2018-ci ildən stasionar nömrənin köçürülməsi xidmətini işə salacaq.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Bu xidmətdən mobil tətbiq vasitəsilə istifadə etmək olar. Ev nömrəsini proqrama daxil etdikdən sonra internet vasitəsilə ev nömrəsinə daxil olan zəngləri qəbul etmək və zəng etmək mümkün olacaq.
MMC-dən verilən məlumatda qeyd olunub ki, mobil tətbiqin demo-versiyası artıq hazırdır. Xidmət işə düşdükdən sonra bu tətbiqdən tam şəkildə istifadə etmək olacaq.
banner

Oxşar Xəbərlər