AZE | RUS | ENG |

"Artıq dünyanın ən qabaqcıl dövlətləri sırasındayıq"

Nazir müavini: 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə aparılır

Son vaxtlar Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühitinin əlverişliliyinin artırılması sahəsində xeyli işlər görülüb.
Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavuni Azər Cəfərov "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, bu sahədə qanunvericilik və dövlət dəstəyi mexanizimləri təkmilləşdirilib, idxal, ixrac, gömrük, vergi prosedurları sadələşdirilib: "Bunun nəticəsi olaraq beynəlxalq reytinq cədvəllərində bizim mövqelərimiz xeyli yüksəlib və artıq biz dünyanın ən qabaqcıl dövlətləri sırasındayıq. Bir müddət bundan əvvəl dövlət başçısının sərəncamı ilə biznes mühiti və reytinqlər üzrə xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qrup mövcüd vəziyyəti, qanunvericiliyi təhlil edib və bir çox mütərəqqi, o cümlədən də məhkəmələrə müraciət imkanları asanlaşdıran təkliflər hazırlayıb".
A.Cəfərov vurğulayıb ki, ölkə başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklilərə əsasən, mülki və iqtisadi mübahisələrə dair işlər üzrə icraatın artıq elektron qaydada aparılması, məhkəmə sənədlərinin tərəflərə, proses iştirakçılarına elektron qaydada dərhal ötürülməsi və dövlət rüsumlarının elektron qaydada ödənilməsi mümkün olmuşdu. Artıq 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə aparılır: "Bu müddət ərzində məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb. Bunun da mini iqtisadi mübahisələrdir".
Nazir müavininin sözlərinə görə, Vahid Məhkəmə Portalında məhkəmə prosesi iştirakçısının şəxsi kabineti, elektron icraatın çoxsaylı funksiyalarından da artıq istifadə etmək mümkündür.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982