• cümə axşamı, 28 mart, 18:47
  • Baku Bakı 13°C

Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək

14.12.19 14:45 400
Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək
Artıq çəkisi olan rus astronavtlarının Aya uçuşuna icazə verilməyəcək.
APARİA Novostiyə istinadən xəbər verir ki, bu qərar "Оryol" kosmik gəmisinin ümumi kütləsinə məhdudiyyətlər qoyulması səbəbindən meydana gəlib.
Kosmik gəmi istehsalçısı olan "Energia” Raket-Kosmik Korporasiyası hazırladığı materialların müvafiq çəkidə yeni standartlarını açıqlayıb.
Bildirilib ki, kosmik gəmi dörd ekipaj üzvü və 100 kiloqram yük daxil olmaqla, ümumilikdə yalnız 420 kiloqramı Aya daşıya bilər.
Beləliklə, skafandr nəzərə alınmaqla, hər bir astronavtın çəkisi 80 kiloqramdan çox olmamalıdır. Yeni standartlara uyğun olaraq, "Oryol"da uçuşlar üçün hazırda kütləsi 10 kiloqram olan "Sokol-M" yeni uçuş kostyumu hazırlanıb. Buna görə də bir kosmonavt 70 kiloqram ağırlığında olmalıdır.
banner

Oxşar Xəbərlər