• cümə, 19 Aprel, 23:47
  • Baku Bakı 24°C

“Art Tower”də gənc rəssamların əsərləri sərgilənəcək

31.03.17 13:10 1203
“Art Tower”də gənc rəssamların əsərləri sərgilənəcək
Aprelin 4-də "Art Tower” qalereyasında "Arts School” rəssamlıq məktəbinin şagirdlərinin "Bahar” adlı rəsm sərgisi açılacaq.
AZƏRTACxəbər verir ki, sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və "Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşəcək.
2010-cu ildən fəaliyyət göstərən "Arts School” məktəbi "Arts Council Azerbaijan” təşkilatının layihəsidir və gənc rəssamların sənətə olan marağını inkişaf etdirmək məqsədi daşıyır. Layihənin rəhbəri Sona Quliyevadır.
Aprelin 10-dək davam edəcək sərgidə ziyarətçilər müxtəlif janrlı əl işləri ilə yaxından tanış ola biləcəklər.
banner

Oxşar Xəbərlər