• cümə axşamı, 18 aprel, 10:00
  • Baku Bakı 12°C

“Arsenal”ın kapitanı hara qeyb olub?

06.04.17 14:15 813
“Arsenal”ın kapitanı hara qeyb olub?
İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən "Arsenal” - "Mançester Siti” oyununda qeyri-adi hadisə baş verib.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində "Arsenal”ın heyətində kapitan olmayıb. Komanda meydanda kapitansız mübarizə aparıb. "Topçular”ın kapitanı Loran Koselni fasilədə əvəzlənib.
Ancaq o, kapitan sarğısını heç kimə verməyib. Qaydalara görə isə komandaların heyətində meydanda mütləq kapitan olmalıdır. Ancaq "Arsenal”ı bu qayda pozuntusuna görə cəzalandırmayacaqlar. "Topçular”a sadəcə, xəbərdarlıq ediləcək.
banner

Oxşar Xəbərlər