• çərşənbə, 24 Aprel, 01:41
  • Baku Bakı 14°C

“Arsenal”ı ələ saldı - İlk dəfədir ki, ağlamırlar

08.05.17 19:40 1376
“Arsenal”ı ələ saldı - İlk dəfədir ki, ağlamırlar
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Arsenal”la oyundan (0:2) sonra fikirlərini bildirib.

Kaspi.az xəbər verir ki, Arsen Vengerin komandası ilk dəfədi ki, Joze Mourinyonun çalışdırdığı komandaya qalib gəlir. Mourinyo da məhz bu məqamı qabardaraq, ironiyalı fikirlər səsləndirib:

"Mən oyunumuzun keyfiyyətinə yox, nəticəyə görə məyus olmuşam. Komanda halında da, fərdi halda da oyunumuz xoşuma gəldi. Biz ona görə məğlub olduq ki, qol vura bilmədik.

Mənim vaxtımda ilk dəfədir ki, "Arsenal” azarkeşləri ağlamırlar. Əvvəllər yalnız belə olmuşdu: Mən "Hayberi”yə gedirdim, onlar ağlayırdılar, "Emireyts”ə gedirdim, onlar yenə də ağlayırdılar. Əvvəllər onlar küçədə başıaşağı gedirdilər, indi isə mahnı oxuyurlar”.



banner

Oxşar Xəbərlər