“Arsenal”a Simeone uyğundur, nəinki Enrike?
"Mançester
Yunayted”in sabiq futbolçusu, hazırda televiziyada ekspert kimi çalışan Qari
Nevill "Arsenal”ın yeni baş məşqçisinin kim olması ilə bağlı fikrini bildirib.
Kaspi.az xəbər
verir ki, Nevill "Barsa”nın sabiq baş məşqçisi Luis Enrikenin "topçular”a uyğun
mütəxəssis olmadığını deyib. O, bu posta "Atletiko”nun çalışdırıcısı Diqeo
Simeonenin uyğun gəldiyini iddia edib:
"Premyer Liqanı
qazanmaq üçün "Arsenal”ın iki variantı var. Yeni çalışdırıcı ya başından hündürə
tullanacaq, ya da transferlərə ağlasığmaz vəsait sərf edəcək. İkinci variant o
qədər də inandırıcı deyil.
Məhz bu məqamı nəzərə
alıb, deyirəm ki, "Arsenal”a Luis Enrike yox, Dieqo Simeone uyğun gəlir.
Simeone uzun illərdi ki, həm Primerada, həm də ÇL-də qələbə üçün mübarizə
aparır.
Etiraf edək ki,
onun komandasının büdcəsini "Barselona” və "Real”ın büdcəsi ilə müqayisə etmək
olmaz. Simeone kasad büdcə ilə bunu bacarır”.