• cümə axşamı, 28 mart, 17:29
  • Baku Bakı 16°C

“Arsenal”a Simeone uyğundur, nəinki Enrike?

23.04.18 12:20 874
“Arsenal”a Simeone uyğundur, nəinki Enrike?
"Mançester Yunayted”in sabiq futbolçusu, hazırda televiziyada ekspert kimi çalışan Qari Nevill "Arsenal”ın yeni baş məşqçisinin kim olması ilə bağlı fikrini bildirib.
Kaspi.az xəbər verir ki, Nevill "Barsa”nın sabiq baş məşqçisi Luis Enrikenin "topçular”a uyğun mütəxəssis olmadığını deyib. O, bu posta "Atletiko”nun çalışdırıcısı Diqeo Simeonenin uyğun gəldiyini iddia edib:
"Premyer Liqanı qazanmaq üçün "Arsenal”ın iki variantı var. Yeni çalışdırıcı ya başından hündürə tullanacaq, ya da transferlərə ağlasığmaz vəsait sərf edəcək. İkinci variant o qədər də inandırıcı deyil.
Məhz bu məqamı nəzərə alıb, deyirəm ki, "Arsenal”a Luis Enrike yox, Dieqo Simeone uyğun gəlir. Simeone uzun illərdi ki, həm Primerada, həm də ÇL-də qələbə üçün mübarizə aparır.
Etiraf edək ki, onun komandasının büdcəsini "Barselona” və "Real”ın büdcəsi ilə müqayisə etmək olmaz. Simeone kasad büdcə ilə bunu bacarır”.
banner

Oxşar Xəbərlər