• cümə axşamı, 25 aprel, 13:29
  • Baku Bakı 23°C

“Arsenal”a Ançelotti gəlir?

21.04.18 12:25 701
“Arsenal”a Ançelotti gəlir?
Arsen Vengerin mövsümün sonunda "Arsenal”ı tərk edəcəyi bəlli olduqdan sonra "topçular”a kimin başçılıq edəcəyi müzakirə mövzusuna çevrilib.
Kaspi.az xəbər verir ki, Vengerin yerinə namizədlər arasında Karlo Aneçlottinin də adı hallanır. İtalyan mütəxəssis mətbuata verdiyi açıqlamada "Arsenal”da işləmək istəyini büruzə verib:
"Yalnız onu deyə bilərəm ki, yenidən iş başında olmaq istəyirəm. Əgər uyğun layihə təqdim etsələr, onda böyük məmnuniyyətlə qəbul edərəm.
Venqer "Arsenal”da böyük işlər görüb və hazırda da görməkdə davam edir. Axı komanda cari mövsümdə Avropa Liqasının yarımfinalına çıxıb”.
Ançelottinin sonuncu iş yeri "Bavariya” olub. O, Münhen nəhəngindən 2017-ci ildə qovulub.
banner

Oxşar Xəbərlər