• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

“Arsenal” “Mançester Siti”ni məğlub edərək finala vəsiqə qazanıb

19.07.20 09:30 837
“Arsenal” “Mançester Siti”ni məğlub edərək finala vəsiqə qazanıb
İyunun 18-də İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin yarımfinal görüşündə "Arsenal” klubu "Mançester Siti” komandası ilə üz-üzə gəlib.
Görüş "Arsenal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hər iki qolun müəllifi London təmsilçisinin əsas qol silahı sayılan Pyer Emerik-Obameyanq olub.
Bu qələbə sayəsində "Arsenal” İngiltərə kubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin digər yarımfinalı iyulun 19-da "Çelsi” və "Mançester Yunayted” komandaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər