• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

“Arsenal” klubunun azarkeşi: Bakıda əsl idman əhval-ruhiyyəsi var

28.05.19 12:45 526
“Arsenal” klubunun azarkeşi: Bakıda əsl idman əhval-ruhiyyəsi var
Bakıda final öncəsi gözəl futbol ab-havası var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək göstərməyə çalışır. Burada əsl idman əhval-ruhiyyəsi hökm sürür. Mayın 29-da keçiriləcək möhtəşəm oyunun bir parçası olmaq bizim üçün çox qürurvericidir.
AZƏRTACxəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalında iştirak edən ingiltərəli turist, "Arsenal” klubunun azarkeşiAZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
UEFA Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşən azarkeş bildirib: "Final matçında "Arsenal”ın şanslarını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, "Arsenal”qalib gələcək”.
Bakı haqqında fikirlərini də bildirən ingiltərəli turist deyib: "Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq. Azərbaycan bütün dünyanın səbirsizliklə gözlədiyi tədbirə layiqincə ev sahibliyi edəcək”.
Xatırladaq ki, mayın 25-də start götürən azarkeş festivalı final gününədək davam edəcək.
banner

Oxşar Xəbərlər