• cümə axşamı, 28 mart, 23:16
  • Baku Bakı 13°C

“Arsenal” “Borussiya” ilə 63 milyona razılaşdı

29.01.18 14:30 778
“Arsenal” “Borussiya” ilə 63 milyona razılaşdı
"Arsenal” Pyer-Emerik Obameyanqın transferi ilə bağlı Dortmund "Borussiya”sı ilə razılıq əldə edib.
Kaspi.az xəbər verir ki, "topçular” Obameyanqın transferi üçün 63 milyon avro ödəyəcəklər. Bu barədə məlumatı "Kicker” yayıb.
Razılaşmaya görə, "Arsenal”ın hücumçusu Olive Jiru Dortmunda getməyəcək. Əvvəlki danışıqlar zamanı Jirunun icarə əsasında "Borussiya”da çıxış etmə variantı da müzakirə olunurdu.
Məlumata görə, dortmundlular Obameyanqın əvəzinə Çinin "Tyantzin Tyuantzyan” klubunda çıxış edən fransız hücumçu Antoni Modestanı transfer etmək istəyir.
banner

Oxşar Xəbərlər