• şənbə, 20 Aprel, 10:52
  • Baku Bakı 14°C

Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edildi

15.07.15 18:43 1266
Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edildi
Hesablama Palatası dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması halları aşkarlayıb. Palatanın bu gun keçirilən kollegiyasının qərarına əsasən, müvafiq yoxlama materiallarının "Hesablama Palatası haqqında" qanunun və prezidentin 2009-cu il 22 iyun tarixli fərmanının tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Nəticələri ilə bağlı qərar qəbul edilmiş audit tədbirlərinin yekunu barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, həmin müddətdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov olub.
Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib. Bir sıra cari məsələlər, o cümlədən Hesablama Palatasının bu ilin 6 ay üzrə fəaliyyətinin nəticələri ilə bağlı məlumat müzakirə olunub.
banner

Oxşar Xəbərlər