AZE | RUS | ENG |


Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

Arif Məlikovun “Məhəbbət əfsanəsi”  baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
2017-ci il yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, yanvarın 11-də səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.
Qeyd edək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərən T.Əsgərov Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7045
GBP 1 İngilis funt sterlinqi 2.1441
TRY 1 Türk lirəsi 0.4726
KWD 1 Küveyt dinarı 5.6574
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.8536
CHF 1 İsveçrə frankı 1.7284
USD 1 ABŞ dolları 1.7238