Arif Əziz yaradıcılığı London Moda Həftəsində
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin
rəhbəri Arif Əziz beynəlxalq
səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı
rəssamlardan biridir. Arif
Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir.Öz "sərbəst özünüifadəsi” ilə tanınan rəssamın
qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini
çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini
tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin
və London moda
həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş "Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir.
Qeyd edək ki, hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı
ilə həyata keçirilib.
"Arif
Əziz Buraxılışı” kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın "Bəyaz Dövrü”ndən götürür. Bu,
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin bərqərar olunduğu dövrdə
başlamışdır. Daha sonra böyük rəssamın
realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər və rənglərlə
gözəllik yaradaraq getdikcə əksinə - mistik və subyektiv reallığa keçidini əks
etdirir.
Rəssam
üçün bütün rənglərin sintezi olan ağ rəng paklığın rəmzi, varlığın sevincindən
irəli gələn qeyri-ixtiyari işıq, təbiət və
insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır. Bu dövr həmçinin,
Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra "təmizlənmə” və "ağardılmaya” incə lirik
formada ifadə olunmuş bir işarədir.
Qeyd
edək ki, alman modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində
podiuma çıxarılmış "Arif Əziz Buraxılışı” adlı kolleksiyası haqqında xəbər "Euronews”
kanalının portalında da yer alıb. /http://www.livingit.euronews.com/2018/02/15/london-fashion-week-autumn-winter-2018/
Arif Əzizin internet web səhifəsi: www.arifazizart.com
Leoni
Mergenin web səhifəsi:www.leoniemergen.com