• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

Arif Əmrahoğlu dünyasını dəyişdi

19.07.14 08:15 1474
Arif Əmrahoğlu dünyasını dəyişdi
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
O qeyd edib ki, A. Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib.
Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, "Nəsrin poetikası”, "Sözə inam sabahımızdır”, "Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik "Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun "Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub./apa/
banner

Oxşar Xəbərlər