• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Arif Alışanova qarşı sui-qəsd hazırlayan dəstənin məhkəməsi başlayır

15.02.18 12:50 756
Arif Alışanova qarşı sui-qəsd hazırlayan dəstənin məhkəməsi başlayır
"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu öldürməyə cəhddə və ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov barəsində açılan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Trend-in məlumatına görə, cinayət işi üzrə istintaq başa çatıb və iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib və məhkəmənin hazırlıq iclası fevralın 20-nə təyin olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.
banner

Oxşar Xəbərlər