• cümə, 19 Aprel, 13:17
  • Baku Bakı 25°C

"Arı mənim işimdir" layihəsinin uğuru - Fotolar

25.10.18 10:00 1320
"Arı mənim işimdir" layihəsinin uğuru - Fotolar
Arıçılıq vasitəsi ilə ucqar bölgə və kəndlərdə yaşayan məcburi köçkün və qaçqınlara yardım etmək və ətraf mühiti yaxşılaşdırmaq üçün "Arı mənim işimdir” layihəsi həyata keçirilib. Bu könüllü layihənin qurucusu isə Bakı Beynəlxalq Məktəbinin 11-ci sinif şagirdi Van Kim və onun qurduğu tələbə təşkilatı G.İ.V.E-dir.
Layihənin ilk mərhələsi uğurla tamamlandığına görə ikinci mərhələsidə həyata keçirilməsi qərara alınıb. Belə ki, 1-ci sessiya 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabr, 2-ci sessiya 2018-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayınadək (4-cü bölüm) nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkünlərin öz yaşayışlarını təmin edə bilmələri üçün iqtisadi müstəqillik və mobilliklə təchiz etmək, şəhər və kənd ərazilərində arıların sayını artırmaqla, ətraf mühitə fayda verməkdir.


Layihəni həyata keçirmək istəyən koreyalı şagird ilk növbədə yay tətili müddətində - 2017-ci ilin iyul-avqust aylarında arı və arıçılıqla bağlı tədqiqatlar aparıb. Sentyabr ayında isə "Arı mənim işimdir” G.İ.V.E təşkilatında məktəbli yoldaşları ilə birlikdə layihəni daha da inkişaf etdirərək həyata keçirilə bilmə yolları barədə düşünülüb. Layihə ilə bağlı Xocavənd rayonunun icra başçısına müraciət olunub və İcra hakimiyyəti tərəfindən layihənin Xocavənddə keçirilməsi ilə bağlı razılıq əldə edilib.

O, layihənin maddi tərəfini həll etməyə məktəbdə vafli-şirniyyat satışı həyata keçirməklə yardım toplamaqdan başlayıb. Daha sonra Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı,Azərbaycandakı xarici diplomatik missiya rəhbərlərinin xanımları da daxil olmaqla Azərbaycanda bir çox başqa təşkilatlarda həmçinin layihəyə maddi dəstək göstəriblər.

Və bu yardımlarla layihənin xərclərini tam şəkildə ödəyəbiləcək 3235 ABŞ dollar toplanmağa nail olunub. İcra Hakimiyyətinin məsləhəti ilə təlimçi seçilib və intervyular vasitəsilə nəzərdə tutulan 15 məcburi köçkün ailəsi layihədə iştirak üçün qəbul edilib. 4 mart 2018-ci ildə arıçılıqla bağlı əsas təlim kurslarına start verilib. Eyni zamanda layihənin xərclərini azaltmaq və iştirakçılara qabiliyyət qazandırmaq məqsədilə arı pətəklərinin hazırlanması da məhz onlara tapşırılıb. Mütəxəssisdən dərs alan iştirakçılar arı pətəklərini özləri hazırlayıblar. Daha sonra arılar alınıb. Beləliklə, iyunun 6-dan avqusta qədər davam edən əsas arıçılıq prosesini başlayıb.

Van Kim yay tətilində Xocavəndə səfər edərək layihənin uğurla həyata keçməsinin də şahid olub, həmçinin rayonun icra başçısı, təlimçi və iştirakçılarla söhbət edib, layihənin gələcək planları ilə bağlı müzakirələr aparıb. O, Xocavənddə məcburi köçkün olan arıçılara yardım etmək üçün könüllü işlərə qoşulmaqla bərabər, layihəni tanıtmaq üçün Xəzər TV-nin müxbirinə müsahibə verib.

Bu il avqustun axırında toplanan Xocavənd balının satışı və marketinqi həyata keçirilib. Xocavənd və "Arı mənim işimdir” layihəsi arasındakı əməkdaşlığı ifadə edən qablaşma üçün etiketlər dizayn olunaraq nəşr edilib. Belə ki, hər birinin çəkisi bir kiloqram olan 100 bal bankası Bakıya göndərilərək satılıb. Satışa və məcburi köçkünlərə kömək məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycanın digər ərazilərində məskunlaşmış məcburi köçkün ailələrinə paylamaq üçün 40 kiloqram (80 banka) bal alıb.

Layihənin ikinci mərhələsini maliyyələşdirmək üçün diplomatik missiya rəhbərlərinin xanımlarıı 1765 ABŞ dolları həcmində yardım edib. "Arı mənim işimdir” layihəsinin ikinci sessiyası sentyabrın 22-də başlayıb və 2019-cu ilin sentyabr ayınadək davam edəcək.

Layihənin tanıtımı
Layihənin mütəxəssisi Roman Allahverdiyev həmçinin "Arı mənim işimdir” layihəsi üçün arıçılıqla bağlı bir kitab nəşr etdirib. Məqsəd layihəni Azərbaycanın digər bölgələrində yaşayan məcburi köçkünlər arasında təbliğ etməkdir.

Van Kim layihəni və məhsulları təqdim edərək 29 sentyabr 2018-ci il tarixdə Dövlət Komitəsində Xocavəndin işğalı ilə bağlı keçirilən anım mərasimində "Arı mənim işimdir” layihəsini respublika səviyyəsində tanıtmağa müvəffəq olub. Layihənin təmsilçisi olaraq bu tədbirdə çıxış etməklə bərabər, Oh My Youth (www.ohmyyouth.com ) saytı vasitəsi ilə layihəni təbliğ edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri digər bölgələrdə yaşayan məcburi köçkünləri də özünüməşğulluq üçün layihəyə başlamağa ruhlandırıb.

"Arı mənim işimdir” layihəsi Xocavənddə qaçqınlara davamlı yaşayış imkanları yaratmaq və bu imkanları genişləndirməklə Azərbaycan cəmiyyətinə verdiyi böyük töhfələrə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Xocavənd şəhərinin icra başçısı Eyvaz Hüseynov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən mükafatlandırılıb. Təhsil Nazirliyi də bu günlərdə Van Kimi layihənin icrası ilə bağlı uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.

"Ari mənim işimdir” layihəsinin ictimai təsiri Azərbaycanın aparıcı universitetlərindən olan Bakı Dövlət Universitetinin Sosial işlər departamentinin müdiri Üzeyir Şəfiyev tərəfindən tədqiqat işi olaraq nəzərdən keçirilib və onun "Özünüməşğulluq proqramı insan resurslarının inkişafında ictimai yönümlü layihə” məqaləsində bir nümunə kimi təqdim edilib.

Layihənin uğuru KİV-in diqqətindən kənarda qalmayıb. "Arı mənim işimdir” layihəsi haqqında süjet yerli telekanallarda yayımlanıb. Həmçinin müxtəlif saytlarda layihə haqqından məlumatlar yayılmışdır.

"Arı mənim işimdir” layihəsinin ilk sessiyasını "case study” kimi istifadəyə verərək, onun regional, sonra milli və nəticədə beynəlxalq səviyyədə daha geniş məcburi köçkün kütləsini əhatə etməsinə nail olmaq və layihənin genişləndirilməsi üçün stabil model yaratmaq əsas viziondur.

Van Kim layihənin marketinqini təşkil edərək məktəbdə və 2018-ci il Yale gənc qlobal alimlər sessiyasında offline səylər göstərib. Bal satmaq üçün öz biznesini yerli supermarket şəbəkələri vasitəsi ilə idarə etməklə yanaşı, Xocavəndin qaçqın və məcburi köçkünlər üzrə nümayəndəsini BMT-nin Azərbaycandakı İnkişaf Proqramının "ABAD”la əməkdaşlıq layihəsi ilə tanış edib.

Xarizmatik səylər və istəklərə olan inanc

Xüsusi qeyd edilməlidir ki, "Arı mənim işimdir" layihəsi Azərbaycan cəmiyyətinə təsirsiz ötüşməyib. Layihədə iştirak etmiş məcburi köçkünlər artıq
gələn il öz arılarını və pətək saylarını iki dəfə artıra biləcək ki, buda onların gəlirlərinin iki dəfə artması deməkdir. Layihənin çoxlu sayda müsbət nəticələri var ki onlardan: ailələr üçün davamlı gəlir yerinin yaranması, sadə adamların öz əməkləri ilə problemlərini həll etmək bacarıqlarının formalaşdırılması və s. –ni vurğulamaq yerinə düşərdi.

Bu layihə yalnız yardım olunan ailələrə iqtisadi dəstək baxımından deyil, həm də onların mənəviyyatı və daha yaxşı və müstəqil gələcəyə ümid bəsləmələri baxımından uğurlu olması ilə diqqət çəkib. Cənab Kimin işi layihənin başlanğıcı, vəsait üçün kapital yığmaq məqsədi ilə fond toplaması, layihənin həyata keçirilməsinə və idarə olunmasına nəzarət etmək üçün mülki və hətta dövlət dəstəyi əldə etməsi onun qeyri-adi və xarizmatik səyləri ilə tanına bilər. Bu xüsusiyyətlər heç şübhəsiz, gəncin istək və cəhdlərinə olan inancından qaynaqlanır. Məhz belə bacarıqlılıq 22 sentyabr 2018-ci ildə başlayan 2-ci mərhələyə də yol açıb. Van Kimin səyləri vətəndaşların, hökumət rəsmilərinin və hətta milli mətbuatın diqqətini cəlb edəcək bir şəkildə daha çox diqqət cəlb etməyə, daha yaxşı ünsiyyətə və azərbaycanlı qaçqınların özünü inkişaf etdirməsinə töhfə verib.
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər