• çərşənbə, 24 Aprel, 13:11
  • Baku Bakı 27°C

Ağrı hiss etmir, amma xüsusi ayaqqabı ilə yeriyir

16.04.18 13:20 906
Ağrı hiss etmir, amma xüsusi ayaqqabı ilə yeriyir
PSJ-nin futbolçusu Neymar zədəsinin bərpası ilə bağlı məlumat verib.
Kaspi.az xəbər verir ki, Neymar ağrılarının olmadığını deyib. O, bərpa prosesinin plan üzrə getdiyini də vurğulayıb:
"Müalicə hələ bir ay da davam edəcək. Hər şey yaxşıdır və plan üzrə gedir. Ağrı hiss etmirəm və bir-iki addım atmağı bacarıram.
Düzdü, sərbəst hərəkət edə bilmirəm, yalnız xüsusi ayaqqabılar vasitəsilə yeriyirəm. Amma müalicə davam edir, trenajor zalında çalışıram. Yaxşı hazırlaşıram”.
Neymar Fransa çempionatının 27-ci turunda - fevralın 25-də "Marsel”lə keçirilən oyunda zədələnmişdi.
banner

Oxşar Xəbərlər