• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

ARGTMŞ Çeçenistanda keçirilən beynəlxalq forumda təmsil olunub

21.11.14 19:49 1037
ARGTMŞ  Çeçenistanda keçirilən beynəlxalq forumda təmsil olunub
Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznu şəhərində həyata keçirilən “Qafqazda Qarşılıqlı Anlaşma” Beynəlxalq Gənclər Forumunda iştirak edib. ARGTMŞ mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbir Avropa Şurasının Gənclər Departamenti, gənclər sahəsinə məsul olan yerli təşkilatlar və dövlət qurumları tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Latviya, Polşa, Slovenya və Cexiya Respublikasını təmsil edən 50 gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Forumun əsas məqsədi gənclərin əməkdaşlığının artırılması, eləcə də ümumi problemlər və onun həll yollarını əhatə etmək üçün ekspert dəstəyi göstərən gənclər platformasının formalaşdırlmasıdır.
Forum zamanı iştirakçılar beynəlxalq ekspertlər tərəfindən keçirilən tədris proqramında iştirak edib. Tədris proqramı çərçivəsində iştirakçılara təlimlər, seminarlar keçirilib, daha sonra iştirakçıların bilik və bacarıqlarının praktiki məşğələlərlə gücləndirilməsi məqsədi ilə işçi qruplar təşkil olunub. Tədbirlərdə iştirakçı ölkələrin nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb. Tədris proqramı ümumilikdə sülh, regionda mədəniyyətlərarası dialoq mövzularını əhatə edib.
Eyni zamanda mədəniyyət gecəsində ARGTMŞ-nın nümayəndəsi Azərbaycanın qədim tarixi, zəngin mətbəxi, milli dəyərlərini iştirakçıların diqqətinə çatdırıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər