• cümə axşamı, 18 aprel, 13:42
  • Baku Bakı 22°C

ARGTMŞ Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib

22.04.14 15:00 1072
ARGTMŞ Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib
Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının Gənclər Siyasəti sahəsində Beynəlxalq əməkdaşlıq inkişafı çərçivəsində növbəti struktura üzv seçilib. ARGTMŞ-nın baş katibi Seymur Hüseynov isə Avropa Şurası Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib.
Bu barədə “Kaspi”yə məlumat verən ARGTMŞ-in İctimaiyyətlə Əlaqələr üzrə katibliyinin işçisi Lalə Bağırova bildirib ki, Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsi Avropa Şurasının gənclər siyasəti sahəsində bütün proqram və büdcələrin hazırlanmasında, onlara nəzarət etmək və monitorinq aparmaqda səlahiyyətlilik statusuna sahibdir. Eyni zamanda 16 nəfərdən ibarət Proqram Komitəsinin üzvləri Avropa Gənclər Fondunun Müşahidə Şurasının səlahiyyətlərini icra edir.
Qeyd olunub ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərar-verici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunub. Məşvərət Şurası gənclərin tələblərini, ehtiyaclarını, görüşlərini özündə əks etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir. ARGTMŞ-in Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri olan Avropa Şurasında qitənin 47 ölkəsi təmsil olunur.
banner

Oxşar Xəbərlər