• cümə axşamı, 28 mart, 20:44
  • Baku Bakı 13°C

Argentinaya mane olmayacaqlarına söz verdi

10.10.17 13:10 1905
Argentinaya mane olmayacaqlarına söz verdi
Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2018-in seçmə mərhələsinin son turunda Çili ilə keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Tite Çiliyə qəsdən uduzacaqları ilə bağlı yayılan söz-söhbətə də münasibət bildirib. O, bu məlumata təkzib edərək, çilililərə oyun verməyəcəklərini vurğulayıb:
"Mən Argentinada özümü onlarla çox yüksək səviyyədə eyniləşdirə bilərəm. Orada mənim yaxşı dostlarım var. Argentina yığmasına isə rəqabət qabiliyyətinə görə, böyük hörmət bəsləyirəm.
Bizi sülhsevərliyimiz birləşdirir. Ona görə də xalqımızın şərəfinə layiq hərəkət etməliyik. Argentinanın DÇ-yə getməsinə mane yaratmayacağıq”.
Son tur ərəfəsində 25 xalı olan Argentina yığması 6-cı pillədə, 26 xalı olan Çili isə 3-cü yerdə qərarlaşıb. Argentina səfərdə Ekvadorla qarşılaşacaq.
banner

Oxşar Xəbərlər