• cümə, 29 Mart, 16:59
  • Baku Bakı 14°C

Argentinanın Milli Günü

27.05.19 11:07 473
Argentinanın Milli Günü
24 May tarixində Azərbaycandakı Argentina Səfirliyi İlk Milli Hökumətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib. Hər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri, cənab Serxio Perez Gunella çıxış edib və iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.
Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri, cənab Fərid Abdinbəyova verib. Öz novbəsində, cənab Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibətiylə təbrik edib.
Tədbirdə Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirləri, yerli Hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Ziyafətdə həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.
banner

Oxşar Xəbərlər