• şənbə, 20 Aprel, 01:06
  • Baku Bakı 15°C

Argentinanı Sampaoli də sağalda bilmir

06.09.17 10:25 1487
Argentinanı Sampaoli də sağalda bilmir
Çənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Kaspi.az xəbər verir ki, Argentina yığması evdə autsayder Venesuelanı qəbul edib. Ancaq baş məşqçi Xorxe Sampaoli 2-ci rəsmi oyununda da qələbə qazana bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Lider Braziliyada turu "sülh”lə bitirib. Braziliya səfərdə Kolumbiya ilə heç-heçə edib - 1:1. Uruqvay isə səfərdə Paraqvaya 2:1 hesabı ilə qalib gələrək, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Çilinin də çöküşü davam edir. Son Amerika çempionu bu dəfə səfərdə Boliviyaya məğlub olub - 0:1. Ekvador da doğma meydanda Peru qarşısında aciz qalıb - 1:2.
banner

Oxşar Xəbərlər