• şənbə, 20 Aprel, 07:51
  • Baku Bakı 14°C

“Argentinalılar Allaha şükür etməlidirlər”

29.03.18 12:40 883
“Argentinalılar Allaha şükür etməlidirlər”
İspaniya yığmasının hücumçusu Dieqo Koşta Argentina ilə keçirilən yoxlama oyunundan (6:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Koşta Argentina yığmasının lideri Lionel Messi barədə danışıb. O, Leonun tənqid olunmasının yolverilməz olduğunu vurğulayıb:
"Argentinada Messini tənqid etməyi sevirlər. Nə vaxt ki, Leo oynamır, bu, başqa bir tarix olur. Argentinalılar Messini tənqid etməməlidirlər.
Əksinə, onun varlığına görə Allaha şükür etməlidirlər. Messi ilə bütün situasiyalarda yaxşı rəftar etmək lazımdı. Çünki o, fərq yaratmağı bacaran futbolçudur”.
banner

Oxşar Xəbərlər