• şənbə, 20 Aprel, 15:26
  • Baku Bakı 23°C

Argentinalı ilə ərəblərin yolu ayrıldı

22.01.19 13:35 677
Argentinalı ilə ərəblərin yolu ayrıldı
Xuan Antonio Pitsi Səudiyyə Ərəbistanı yığmasından ayrılıb.
Kaspi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya kubokunun 1/8 finalında mübarizəni dayandırıb.
Bundan sonra Pitsi bəyan edib ki, onun bu yığmadakı işi sona çatıb. Argentinalı mütəxəssislə müqavilə Asiya kubokunun sonuna qədər nəzərdə tutulmuşdu.
Səudiyyə Ərəbistanının mübarizəni 1/8 finalda dayandırması, bu ölkədə uğursuzluq kimi qiymətləndirilib. Böyük ehtimalla, məhz bu səbəbdən də Pitsi ilə müqavilənin uzadılmaması qərar alınıb.
banner

Oxşar Xəbərlər