• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Argentinada minlərlə azarkeş işdən qovuldu, Madridə getdikləri üçün

10.12.18 10:25 622
Argentinada minlərlə azarkeş işdən qovuldu, Madridə getdikləri üçün
Nəhayət, Libertadores kubokunun finalında cavab qarşılaşması keçirilib.
Kaspi.az xəbər verir ki, Madriddə keçirilən oyunda "River Pleyt” əlavə vaxtda "Boka Xunors”a 3: hesabı ilə qalib gələrək, 4-cü dəfə kuboku qazanıb. İlk oyun 2:2 hesabı ilə başa çatmışdı.
İspaniya keçirilən bu oyuna baxmaq üçün Argentinadan minlərlə azarkeş gəlib. Amma bu fanatlar həm də iş yerlərini itirməli olublar.
Məsələ burasındadır ki, İspaniya getmək istəyən azarkeşlərə iş yerlərindən icazə verilməyib, onlara bildirilib ki, intizamı pozacaqları təqdirdə, işdən qovulacaqlar. Ancaq fanatlar bu qadağaya məhəl qoymayıblar və Madridə yollanıblar. Nəticədə, minlərlə azarkeş işsiz qalıb.
Hətta bəzi fanatların oyuna baxmaq üçün avtomobillərini satdıqları da bildirilir. Onlar avtomobili sataraq, təyyarəyə bilet almalı olublar.
banner

Oxşar Xəbərlər