• cümə, 29 Mart, 08:54
  • Baku Bakı 5°C

Argentinada hamı sakitdir, çünki onun gücü çoxdur

17.04.18 15:10 907
Argentinada hamı sakitdir, çünki onun gücü çoxdur
"Barselona”nın baş məşqçisi Ernesto Valverde "Selta” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Lionel Messinin hazırlığı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Valverde Messinin enerjisinin kifayət qədər olduğunu bildirib. O, "Selta” ilə qarşılaşmada Leoya istirahət verə biləcəyinə də işarə edib:
"Ola bilsin ki, sabah Messi istirahət etsin. Narahat olmağa heç bir əsas yoxdur. Bir neçə gün əvvəl o, əla oyun keçirib.
Argentinada da hamı sakitdi. Çünki Messinin DÇ üçün xeyli enerjisi və gücü var. Bu mövsüm "Selta” ilə 3 dəfə qarşılaşmışıq.
Onların əla komandası var və avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. 3 xal almağı planlaşdırırıq. Amma çətin olacağını da bilirik”.
"Selta” - "Barselona” oyunu aprelin 17-də keçiriləcək.
banner

Oxşar Xəbərlər