• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Argentina yığmasını çalışdırmağa razılaşdı

13.04.17 17:02 986
Argentina yığmasını çalışdırmağa razılaşdı
"Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli Argentina yığmasını çalışdırmağa razılıq verib.
Kaspi.az xəbər verir ki, Argentina Futbol Federasiyasının rəhbərliyi mütəxəssislə danışıqlar aparıb və onun razılığını alıb. Bu barədə məlumatı "Marca” nəşri yayıb.
Bu həftənin sonunda Sampaoli federasiya rəsmiləri ilə görüşərək, müqavilənin detallarını və "Sevilya”dan ayrılmağın yollarını müzakirə edəcək. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Sampaoli 1,5 milyon avro kompensasiya müqabilində "Sevilya”nı tərk edə bilər.
banner

Oxşar Xəbərlər