• çərşənbə, 24 Aprel, 14:41
  • Baku Bakı 27°C

Argentina fələstinlilərə görə İsraillə oyundan imtina etdi

06.06.18 11:20 609
Argentina fələstinlilərə görə İsraillə oyundan imtina etdi
DÇ-2018-ə hazırlıqları davam etdirən Argentina yığması İsrail millisi ilə oynamaqdan imtina edib.
Kaspi.az xəbər verir ki, Argentina yığması imtina qərarını İsrailin fələstinlilərə qarşı törətdiyi zorakılıq aktlarına görə verib. Bir müddət əvvəl Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub azarkeşlərə müraciət edərək bildirmişdi ki, əgər Argentina İsraillə yoldaşlıq oyunu keçirsə, Lionel Messinin formalarını yandırsınlar.
Bundan sonra Barselonada məskunlaşan Argentina yığmasının bazası önündə bir qrup fanat etiraz aksiyası keçirmişdi. Fanatlar da İsraillə oyundan imtina olunmasını tələb edirdilər.
Bütün bu etirazları və təhlükəsizlik amilini nəzərə alaraq, Argentina Yerusəlimə getməkdən imtina edib.
banner

Oxşar Xəbərlər