• cümə axşamı, 25 aprel, 18:52
  • Baku Bakı 21°C

ARDNŞ Yunanıstanın qaz operatorunun səhmlərinin böyük hissəsini alır

21.06.13 10:40 1435
ARDNŞ Yunanıstanın qaz operatorunun səhmlərinin böyük hissəsini alır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin satın alınması barədə Yunanıstan Respublikasının Əmlakın İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılığın əldə olunduğunu məmnunluq hissi ilə elan edir.
ARDNŞ-in rəsmi saytı xəbər verir ki, ARDNŞ və HRADF-ın məşvərətçi qrupları hazırda sazişin son texniki məsələləri üzərində işləyirlər. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib: "DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksəksəviyyəli ikitərəfli münasibətlərin, həmçinin ARDNŞ və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür. Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış ARDNŞ Avropa İttifaqı ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. ARDNŞ Yunanıstanla əməkdaşlığın gələcəyinə nikbin baxır".
banner

Oxşar Xəbərlər