• şənbə, 20 Aprel, 11:48
  • Baku Bakı 14°C

ARDNŞ-in işçisi yüksəklikdən yıxılaraq ölüb

13.09.13 17:32 1087
ARDNŞ-in işçisi yüksəklikdən yıxılaraq ölüb
Bu gün ARDNŞ-in “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin işçisi yüksəklikdən yıxılaraq dünyasını dəyişib.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 11.30 radələrində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 1 saylı sahəsinin 5-ci dərəcəli quraşdırıcısı 1976-cı il təvəllüdlü Həsənov Rüstəm Rafiq oğlu hazırda inşa olunan Karbamid zavodunun ərazisinin təmizlənməsi işləri çərçivəsində köhnə çənlərin üzərində demontaj işləri aparan zaman yüksəklikdən yıxılaraq dünyasını dəyişib.
Hadisənin səbəblərini araşdırmaq üçün yaradılmış komissiya araşdırma işlərinə başlayıb.
banner

Oxşar Xəbərlər