• cümə axşamı, 25 aprel, 14:16
  • Baku Bakı 23°C

ARDNŞ-in Buxarestdə yanacaqdoldurma məntəqəsi açıldı

17.02.14 10:18 1176
ARDNŞ-in Buxarestdə yanacaqdoldurma məntəqəsi açıldı
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyanın paytaxtı Buxarestdə öz brendi altında ilk yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun YDM-in açılış mərasimində dediyi kimi, Buxarestdə YDM-in açılması ARDNŞ-nin Rumıniyanın bu bazarında əsas milli oyunçuların konfiqurasiyasını dəyişdirə biləcəyinə işarədir. Bundan əlavə, Buxarestdə YDM-in açılışı bütün ölkədə ARDNŞ-nin YDM şəbəkəsinin yüksək templə iştirakını sübut edir.
Bundan əvvəl ARDNŞ Rumıniyada SOCAR brendi altında dörd YDM istifadəyə verib. Yeni YDM Buzeo, Fokşanı, Bakeu və Acud şəhərlərində açılıb. ARDNŞ-nin Rumıniyadakı YDM-nin ümumi sayı 24-dür.
Onların sayının 100-ə çatdırılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər