• çərşənbə, 24 Aprel, 07:25
  • Baku Bakı 13°C

ARDNŞ-in baş ofisində intihar: idarə işçisi özünü asdı

26.09.13 10:38 1539
ARDNŞ-in baş ofisində intihar: idarə işçisi özünü asdı
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şirkətin “Azneft” dairəsində yerləşən baş ofisində qeydə alınıb. ARDNŞ-in sosial inkişaf idarəsinin təsərrüfat işçisi Kamran Seyidov baş ofisin binasında təsərrüfat işləri ilə məşğul olarkən otaqlardan birinə daxil olaraq orada özünü asıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya faktı təsdiqləyib.
banner

Oxşar Xəbərlər