• cümə axşamı, 25 aprel, 08:09
  • Baku Bakı 14°C

ARDNŞ-dən bağlanan idarələrlə bağlı Rəsmi açıqlama

29.12.13 12:53 1328
ARDNŞ-dən bağlanan idarələrlə bağlı Rəsmi açıqlama
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, şirkətin prezidentinin müvafiq əmrləri ilə 1 yanvar 2014-cü il tarixindən ARDNŞ-in «Kompleks qazma işləri» Trestinin, Neft kəmərləri İdarəsinin və Geofizika və geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb.
Struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən, həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaq ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcək.
Struktur dəyişiklikləri nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmur. Yalnız mühəndis-texniki heyətin tərkibində bir-birini təkrarlayan vəzifələr üzrə çalışan şəxslərin Şirkətdə müvafiq işlə təmin edilməsi mümkün olmadıqda onlara, ARDNŞ-də artıq bir neçə ildir ki, tətbiq olunan və Azərbaycan Neft Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Təşkilatları ilə razılaşdırılmış qaydada əmək haqqının 5 misli məbləğində kompensasiya ödəniləcək.
banner

Oxşar Xəbərlər